Azərbaycan hərbçiləri qumbaraatan və snayper tüfənglərindən atəş tapşırıqlarını yerinə yetirib

Azərbaycan hərbçiləri qumbaraatan və snayper tüfənglərindən atəş tapşırıqlarını yerinə yetirib

28 Fevral, 12:15 Sosial mediada paylaşın:

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq qumbaraatan və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, atışdan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.

Daha sonra müxtəlif kateqoriyalı hərbi qulluqçular təlim sahələrində şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Çalışmaların keçirilməsində başlıca məqsəd heyətlərin praktiki vərdişlərini və atəş açma bacarıqlarını təkmilləşdirməklə bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsidir.

CANLI YAYIM