Əsgərimizi ildırım vuraraq öldürüb

Əsgərimizi ildırım vuraraq öldürüb

24 May, 09:53 Sosial mediada paylaşın:

Azərbaycan Ordusunun hərbi qulluqçusu Davud Məmmədlini ildırım vuraraq öldürüb.

Hadisə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!

CANLI YAYIM