Rəcəb Tayyib Ərdoğan yenidən xalqın etimadını qazandı

Rəcəb Tayyib Ərdoğan yenidən xalqın etimadını qazandı

28 May, 23:57 Sosial mediada paylaşın:

Bu gün Azərbaycanın müstəqilliyinin elan olduğu gündür. 105 il öncə müsəlman şərqində ilk demokratik respublika məhz Azərbaycanda quruldu. Qardaş Türkiyə bu gün demokratiya imtahanı verərək, sınaqdan başı uca çıxdı. Beləliklə, Rəcəb Tayyib Ərdoğan yenidən xalqın etimadını qazanaraq prezident seçildi. Seçkilər çox çətin və gərgin şəraitdə keçdi. Çünki Türkiyədə ilk dəfə idi ki, seçkilər ikinci tura qalırdı. Mayın 14-də keçirilən seçkinin ilk turunu R.T. Ərdoğan öndə bitirsə də, lakin lazım olan 50 faiz baryeri keçə bilmədi. Buna görə də seçilər 14 gün sonraya qaldı.

Bu fikirləri açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin( STM) sektor müdiri, politoloq İlyas Hüseynov söyləyib.

O qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə və Türk dünyası üçün hələ bundan sonra da böyük işlər görəcək. Qardaş ölkə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə müdafiə sənayesi sahəsində qazandığı uğurları daha da genişləndirəcək.

Bundan əlavə, Türkiyə Prezidenti dünyada da böyük nüfuza sahibdir. O müxtəlif coğrafiyalardə Türkiyənin maraqlarını qətiyyətlə və prinsipiallıqla qoruyur.

Həmçinin Rəcəb Tayyib Ərdoğanı Azərbaycanda da çox sevirlər. Çünki o, Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstək verdi.

“Müharibədən sonra Türkiyə ilə Azərbaycan arasında işğaldan azad olunmuş mədəniyyət paytaxtımız Şuşada imzalanan Şuşa Bəyannaməsi bu gün dövlətlərimizin təhlükəsizliyinin əsas təminatçısıdır. Qardaş ölkə hərbi müttəfiq kimi Azərbaycanın hər zaman yanındadır. Əgər kimlərsə ölkəmizin ərazisinə, suverenliyinə göz dikəcəksə, qarşısında NATO-da ikinci böyük orduya sahib Türkiyəni görəcək. Qeyd etdiyimiz reallıqlar Türkiyənin Azərbaycanla, Prezident İlham Əliyevin isə Rəcəb Tayyib Ərdoğanla olan qardaşlıq və dostluq münasibətlərindən qaynaqlanır",- deyə İ. Hüseynov vurğulayıb.

CANLI YAYIM