Ruanda soyqırımına görə tutsilər hutiləri, hutilər isə tutsiləri ittiham edir, amma hər iki ittihamda Fransanın kəskin məsuliyyət daşıdığı bildirilir. Bir sözlə, Fransa günahlandırılır.
Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları məhz bu faciənin detallarını işıqlandırmaq üçün Şərqi Afrikada yerləşən Ruandada çəkilişlər aparıblar.
"Ruanda: 100 qanlı gün" adlı sənədli film 1994-cü ildə Ruandada 100 gün ərzində baş vermiş genosiddən bəhs edir. Bu genosid 20-ci əsrdə Afrika qitəsinin tarixində ilk genosiddir və 1 milyona yaxın insan öldürülüb.
Filmin çəkilişləri əsasən Ruandanın paytaxtı Kiqali şəhərində və ətraf ərazilərdə baş tutub. Çəkilişlər zamanı genosidin kökləri, səbəbləri, ən çox hansı hissələrdə ölüm hadisələrinin baş verdiyi və arxasında kimlərin durduğu araşdırılıb. Bu araşdırmalar nəticəsində məlum olub ki, Fransa bu məsələdə böyük məsuliyyət daşıyır və o zamankı Ruanda hakimiyyətini Fransa dəstəkləyib.
Araşdırmalar zamanı daha bir tükürpərdən məqam isə genosid zamanı 1000-ə yaxın tutsinin kiləsə sığınması və hamısının öldürülməsidir.
Sözügedən film tezliklə AzTV-də yayımlanacaq.