Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 105-ci ildönümü tamam olur. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun həyata keçirdiyi bu xilaskarlıq missiyası Azərbaycan tarixinə şanlı hadisə kimi yazılıb. Həmin hadisədən üç il əvvəl isə azərbaycanlı oğullar Çanaqqalada türk qardaşlarının köməyinə çatmış, o torpaqda şəhadətə qovuşmuşdular. Babalarımızın miras qoyduğu bu silah qardaşlığı sonrakı illər ərzində yeni məzmunla zənginləşərək bir millət, iki dövlətin taleyində mühüm amil olub.
