Ötən ay 475 mina, 4 106 partlamamış sursat aşkarlanıb

Ötən ay 475 mina, 4 106 partlamamış sursat aşkarlanıb

2 Dekabr, 09:41 Sosial mediada paylaşın:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

Bu barədə qurumun “X” hesabında paylaşım edilib.

Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 1-dən 30-dək olan müddətdə 247 tank əleyhinə mina, 228 piyada əleyhinə mina, 4 106 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 7 143 hektar ərazi minadan təmizlənib.

CANLI YAYIM