Cəbrayılda silah-sursat aşkarlanıb

Cəbrayılda silah-sursat aşkarlanıb

10 Fevral, 09:12 Sosial mediada paylaşın:

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayonun Nüzgar kəndi ərazisində 5 avtomat, 1 pulemyot, 1 snayper tüfəngi, patronlar və digər sursatlar aşkar edərək götürüblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

CANLI YAYIM