Stalik Xankişiyevlə Qazan-manqal | 23.10.2022
QAZAN-MANQAL
Dünyada məşhur olan Azərbaycan mətbəxinin sirrləri, dadlı, ləzzətli yeməklərin hazırlanma qaydaları "QAZAN-MANQAL" verilişinin əsas mövzusunu təşkil edir. Azərbaycan mətbəxi təkcə xörəklər, onların hazırlanma qaydası deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir. Bu veriliş dünyanın ən qədim və zəngin mətbəxlərindən biri olan Azərbaycan mətbəxinin mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin digər aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir. Verilişin izləyiciləri yuxarıda sadalananlara öz mətbəxlərində əməl etdikcə, həqiqətən də Azərbaycan mətbəxinin nə qədər zəngin olmasının bir daha şahidi olurlar.
13:30 / Bazar