aztv-banner

GÜL KİMİ | Qonaq: İlqar Xəyal | 26.06.2022

MAARİFÇİ

GÜL KİMİ

Ölkəmizin şəraitinə uyğun olaraq payız və yazda gül əkmək mümkündür.
Payız əkilməsi üçün ən yaxşı vaxt 15 sentyabrdan 15 oktyabradək, davamlı şaxtanın başlanmasından əvvəldir. Payız əkilməsi zamanı, bitkilərin şaxta başlamazdan əvvəl kök atması üçün vaxt var, yeni incə kökləri meydana gətirir.
Güllərin bahar əkilməsi üçün ən yaxşı vaxt isə erkən yazdır (qönçələr açılmadan). Təxmini əkin tarixləri, torpağın 15-15 dərəcəyə qədər istiləşməsi 8 apreldən 12 maya qədərdir, bu da köklərin maksimal formalaşmasına kömək edir.
Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının hazırladığı "GÜL KİMİ" verilişində güllərin əkilməsi, xüsusiyyətləri, onlara qulluq qaydaları tamaşaçılara çatdırılır. Eyni zamanda əkin üçün torpağn hazırlanması, müxtəlif minerallardan istifadə, güllərin suvarılması, xəstəliyə qarşı tədbirlərin görülməsi, onların calaq edilməsi qaydaları da verilişdə öz əksini tapır.
Tamaşaçıların gülçülük sahəsində maariflənməsi üçün bu verilişin xüsusi əhəmiyyəti var. Verilişdə həmçinin tamaşaçılar mütəxəssis fikirləri ilə də tanış olmaq imkanına malikdirlər.

10:00 / Bazar

CANLI YAYIM