aztv-banner

Oxuyur Vətən - Şuşa / 09.11.2021

ƏYLƏNCƏ

OXUYUR VƏTƏN

"OXUYUR VƏTƏN" layihəsi Musiqi və əyləncəli proqramlar Baş Redaksiyasının əməkdaşları və musiqi kollektivləri tərəfindən hazırlanır. Layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə, insanların rifahının yüksəlməsinə musiqi dili ilə kömək etməkdən ibarətdir.
Musiqi redaksiyasının bu günə qədər Cəbrayıldan, Hadrutdan, Füzulidən, Zəngilandan, Qubadlıdan Şuşadan hazırladığı konsert proqramları tamaşaçida doğma torpaqlara sevgini, məhəbbəti bir az da artırır. Adından da göründüyü kimi "OXUYUR VƏTƏN" layihəsi redaksiyanın qarşısında daha böyük işlər dayandığını sübut edir.
Layihənin davamlı olmasını qarşısına məqsəd qoyan Musiqi və əyləncəli proqramlar Baş Redaksiyası Qarabağ iqtisadi rayonundan - Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtərdən, eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonundan - Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilandan yeni musiqi proqramları ilə tamaşaçıların görüşünə gəlməklə onların sevincinə şərik olmaq istəyir.
Qoy həmişə Vətən oxusun!

Müxtəlif vaxtlarda

CANLI YAYIM