Dəhşətli ailə dramı, məhv olmuş talelərdən bəhs edən serial...
Real hadisələr əsasında çəkilən serialda əsas mövzu narkomaniya və erkən nikahla mübarizədir. Serialın baş qəhrəmanı Bəsti təkcə adını deyil, bütün həyatını dəyişdirir, qarşısına qoyduğu ən böyük məqsədə - ali təhsil almaq arzusuna çatır. “Həyat acılı-şirinli günlərdən ibarət bir gündəlikdir” - bu həqiqəti qəhrəmanların hər biri dərk edərək, məhz sevginin həyatın mənbəyi olduğunu anlayır. Həyat sevgi ilə başlayır, məhz o maneləri dəf etməyə kömək edir, yaşamağa güc verir. Amma elə yanlışlıqlar, elə səhvlər var ki, onlar insanın həyatını büsbütün məhv edə bilər və baş qəhrəmanların biri eynən belə səhvin qurbanı olur.
Serial 10 bölümdən ibarət olacaq. Serialda narkomaniya, erkən nikah, gender qeyri-bərabərliyi və qadınlara qarşı şiddət kimi problemlərə toxunulur.
Serialın rejissoru Zaur Zeynal, ssenaristi Leyla Qədirzadə, prodüseri Nicat Həsənlidir. Layihənin rəhbəri isə Həmid Əsədzadədir.
BƏDİİ FİLMLƏR
Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir.
Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi baş verən hadisələri bədii dildə tamaşaçılara çatdırmaq üçün yeni layihələr üzərində işləyirlər.
Müxtəlif vaxtlarda