aztv-banner

Filmdə dahi bəstəkarla bağlı uzun illər gizli qalmış faktlar açıqlanır, onun həyatı ilə bağlı maraqlı məqamlar üzə çıxarılır, bəstəkarın 18 il heç nə qələmə almamasının əsl səbəbləri işıqlandırılır.
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "Sabah" Yaradıcılıq Studiyasında hazırlanan "Yad et məni" bədii-sənədli filmlər silsiləsindən olan bu filmdə Üzeyir Hacıbəyli ilə bağlı uzun illər gizli qalmış faktlar açıqlanır.
Filmin ideya müəllifi xalq artisti Ramiz Həsənoğlu bu film-tamaşanı Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı ərsəyə gətiriləcək iriçaplı bədii filmin başlanğıcı hesab edir.
Üzeyir bəylə bağlı ekran əsərində dahi bəstəkar və o dövrlə bağlı xeyli araşdırmalar öz əksini tapıb, uzun illər gizli qalmış faktlar açıqlanıb, onun həyatı ilə bağlı maraqlı məqamlar üzə çıxarılıb, bəstəkarın 18 il heç nə qələmə almamasının əsl səbəbləri işıqlandırılıb.
Film-tamaşasının quruluşçu rejissoru Adil Azay, ssenari müəllifi Afaq Vasifqızı, Üzeyir Hacıbəylini canlandıran aktyor isə Ədalət Əbdülsəmədovdur. Filmdə Emin Nəsirli, İranə Kərimova, Elnur Qədirov, Elnur Hüseynov və digərləri rol alıb.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

BƏDİİ FİLMLƏR

Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir.
Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi baş verən hadisələri bədii dildə tamaşaçılara çatdırmaq üçün yeni layihələr üzərində işləyirlər.

Müxtəlif vaxtlarda

CANLI YAYIM