“Sabah” Yaradıcılıq Studiyasının “Yad et məni” bədii-sənədli filmlər silsiləsindən olan bu film “Cəfər Cabbarlı: azad bir ruh” adlanır. Filmin adı seçilərkən görkəmli dramaturq, şair C.Cabbarlının “Azad bir quşdum” misrasından bəhrələnib.
Filmdə Cəfər Cabbarlının ölümündən qabaq teatrdan küsdürülməsi, bundan sonra heç nə yazmamasına qərar verməsi, tanış simalar tərəfindən izlənilməsindən bəhs edilir. Dramaturq filmdə Mikayıl Müşfiqlə rastlaşır, ona teatrda başına gətirilənləri, ittiham edilməsini, izlənilməsini danışır.
Bədii-sənədli filmdə Cabbarlı ilə Müşfiqin söhbətləri obrazlı şəkildə verilib, faktlar həm onların dilindən, həm də sənədli formada təqdim edilib.
C.Cabbarlının ev-muzeyi qəzalı vəziyyətdə olduğu üçün filmin çəkilişləri binanın içərisində yox, ətrafında baş tutub. Digər çəkilişlər dramaturqun öz adını daşıyan “Azərbaycanfilm” kinostudiyasında edilib.
Filmin quruluşçu rejissoru Sirac Mustafayev, ikinci rejissoru Ramina Qarayeva, ssenari müəllifi isə Seymur Şahbazzadədir.
BƏDİİ FİLMLƏR
Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir.
Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi baş verən hadisələri bədii dildə tamaşaçılara çatdırmaq üçün yeni layihələr üzərində işləyirlər.
Müxtəlif vaxtlarda