aztv-banner

Filmin qəhrəmanının anadan olduğu yurdu düşmən tapdağından azad olunub. O, nəyin bahasına olursa-olsun doğma kəndini, ocağını görmək istəyir. Düşmən evini yerlə yeksan etsə də, uşaqlıq, gənclik xatirələri ilə öz evini tapır.
Filmin ssenari müəllifi Elçin Musaoğlu, quruluşçu rejissoru Vüsal Qarayev, quruluşçu operatoru Seymur İsmayılov, bəstəkarı Əvəz Muradov və prodüseri Fatimə Əzimovadır.
Baş rolda Xalq artisti Vidadi Əliyev, rollarda Elnar Qarayev və Əhəd Abbasov çəkilib.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

BƏDİİ FİLMLƏR

Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir.
Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi baş verən hadisələri bədii dildə tamaşaçılara çatdırmaq üçün yeni layihələr üzərində işləyirlər.

Müxtəlif vaxtlarda

CANLI YAYIM