aztv-banner

Mehriban xanım Əliyevaya həsr olunan sənədli film “Humanist missiya” adlanır.
Filmi AzTV-nin Avropa təmsilçisi Elzar Ağayev hazırlayıb.
Filmdə bildirilir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri ölkəmizin sərhədləri ilə məhdudlaşmır. Heydər Əliyev Fondu İtaliya və Fransada mühüm tarixi əhəmiyyət daşıyan dini abidələrin bərpasına dəstək göstərib. Roma və Strasburqda Heydər Əliyev Fondunun və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri çox yüksək qiymətləndirilir. Həmin layihələr Azərbaycan-Vatikan əlaqələrinin inkişafında da xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq dinlər və mədəniyyətlər arasında platformaya mühüm töhfələr verir, Azərbaycanın bu sahədəki fəaliyyəti üçün böyük önəm daşıyır. Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsini bərpa edib. Həmçinin Fondun təşəbbüsü ilə Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa edilib. Müqəddəs Sebastian Bazilikasında yeni muzey yaradılıb və sarkofaqlar restavrasiya edilərək həmin muzeydə qorunur. Hazırda isə Müqəddəs Komodilya katakombalarının bərpası işləri həyata keçirilir.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

SƏNƏDLİ FİLMLƏR

Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.

Müxtəlif vaxtlarda

CANLI YAYIM