aztv-banner

Şərqilər | 29.05.2022

ƏYLƏNCƏ

ŞƏRQİLƏR

Musiqi və əyləncəli proqramlar Baş Redaksiyasının hazırladığı növbəti veriliş "ŞƏRQİLƏR" adlanır. Verilişin əsas məqsədi retro mahnılar və onun yaranma səbəbləri haqqında maraqlı faktları izləyicilərlə bölüşməkdir. Eyni zamanda verilişdə şair, bəstəkar, ifaçı haqqında da məlumat verilir. Tofiq Həsənsoyun təqdimatında efirə gedən verilişdə retro musiqilərlə bərabər yeni bəstələrdən də söhbət açılır.
Redaksiyanın bu layihəsi tamaşaçılar tərəfindən sevilir, maraqla izlənilir.
Çox sevilən bir mahnı haqqında verilən əlavə məlumat heç vaxt tamaşaçının yaddaşından silinmir. Elə götürək Azərbaycanın əzəmətini, böyüklüyüni, uğurunu, vüqarını göstərən bir musiqini... Bu musiqini Azərbaycanın ikinci himni də adlandırırlar. Musiqisi Müslüm Maqamayevə, sözləri isə Nəbi Xəzriyə aid olan mahnı "Azərbaycan" adlanır. Ölkəmizin hüdudlarından kənarda da sevilən bu mahnının qəribə tarixi var...
Mahnının yaranması haqqında verilən əlavə məlumat mahnını tamaşaçıya daha çox sevdirir.

12:30 / Bazar

CANLI YAYIM