aztv-banner

AĞ & QARA: Xalq artisti Nürəddin Mehdixanlı sualları cavablandırır I 27.11.2022

PUBLİSİSTİK

AĞ və QARA

Qədim Çin fəlsəfəsinin əsaslarına görə dünyada mövcud olan hər şey ikiqütblüdür. Ağ və qara, gecə və gündüz, işıq və zülmət, uzun və qısa... Bu fəlsəfəyə görə qütblər bir-biri ilə əlaqəlidir və heç vaxt bir birindən ayrı müstəqil mövcud ola bilməz.
Digər qütblərdən fərqli olaraq ağ və qaranı ayrı-ayrılıqda tanımağa çalışsaq, əks qütblər bizi kəsişən nöqtələrə gətirib çıxaracaq. Bu nöqtələr "Müəllif proqramları və xüsusi layihələr" Departamentinin hazırladığı və aparıcı Mehriban Ələkbərzadənin təqdimatında efirə gedən "AĞ və QARA" verilişinin əsas süjet xəttini təşkil edir. Verilişə dəvət olunan qonaqlar aparıcının tamaşaçıları maraqlandıran suallarına cavab verir. Ağ tərəfin qonaq, qara tərəfin isə aparıcı olduğunu nəzərə alsaq əks qütblərin söhbəti tamaşaçıda verilişə olan marağı daha da artırır.

22:00 / Bazar

CANLI YAYIM