aztv-banner

"İlk işə başlayan şəxslərin üzərinə çox böyük vəzifələr düşür" - ULU ÖNDƏR | Onun 100 fikri

HEYDƏR ƏLİYEV - 100

REGİONLARIN İNKİŞAFI

Regionların inkişafına yönəlmiş vacib addımlardan biri ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üzümçülük, şərabçılıq, pambıqçılıq və turizm sektorunun inkişafına təkan verilməsi oldu. Respublikanın əksər rayonlarında üzümçülüyün inkişaf etdirilməsi nəticəsində artıq 1980-ci ildə ölkədə üzüm istehsalı 2 milyon tona çataraq, bu sahədə İttifaqda ön yerə çıxır. Nəzərə alsaq ki, bitkiçilikdə üzümçülük ən yüksək gəlirli sahə sayılır, aydın olar ki, respublikamızda əldə olunan gəlirlər kifayət qədər artmışdır. Lakin sonrakı illərdə İttifaq orqanları tərəfindən qəbul olunmuş qərar və onun nəticələri respublikada üzümçülük sahəsinə böyük zərbə vurmuşdur. Onu da qeyd etmək lazımdır ki, respublikanın o dövrün rəhbərlərinin “səyləri” nəticəsində (ənənəvi üzümçülük respublikaları sayılan Gürcüstan və Moldovadan fərqli) regionlarda bütün üzümlüklər ciddi nəzarət altında tamamilə məhv edilmişdir. Bu da yerli sakinlərin yaşayış səviyyəsinin aşağı düşməsinə təsir göstərmişdir.

(1923-2003)

CANLI YAYIM