aztv-banner

"Respublikamızın taleyi hər bir insanın taleyinə çevrilməlidir" - Ulu öndər | Onun 100 fikri

HEYDƏR ƏLİYEV - 100

ONUN 100 FİKRİ

33. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır.
34. Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.
35. Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.
36. Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.
37. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
38. Rəhbərlik etmək üçün gərək mənəvi haqqın olsun.
39. Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır.
40. Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olmuşdur.
41. Heç kim əbədi qalib ola bilməz.
42. Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur.
43. Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.
44. Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.
45. Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz.
46. Tarix həmişə hər şeyi öz yerinə qoyur.
47. Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir.
48. Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır... (davamı var)

Ümummilli Lider Heydər Əliyev

CANLI YAYIM