aztv-banner

"Mən çox böyük sınaqlardan keçmiş bir adamam" - Ümummilli lider

HEYDƏR ƏLİYEV - 100

ONUN 100 FİKRİ

49. Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.
50. Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır.
51. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.
52. Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir.HEYDƏR ƏLİYEV
53. Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir. Qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır.
54. Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir.
55. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar...
56. Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz.
57. Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın.
58. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
59. Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər.
60. Tarix həmişə hər şeyi öz yerinə qoyur.
61. Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.
62. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.
63. Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.
64. Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır... (davamı var)

Ümummilli Lider Heydər Əliyev

CANLI YAYIM