aztv-banner

"Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək" - Ulu öndər

HEYDƏR ƏLİYEV - 100

ONUN 100 FİKRİ

65. Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.
66. Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.
67. Heç kim əbədi qalib ola bilməz.
68. Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz.
69. Kim ki, biliyindən, bacarığından artıq iddialar edir o, həmişə məğlub olur.
70. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.
71. İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir.
72. Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır.
73. Heç bir ölkəni özünə düşmən hesab etməməlisən.
74. Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir.
75. Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir.
76. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
77. Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.
78. İlk işə başlayan şəxslərin üzərinə həmişə çox böyük, şərəfli vəzifələr düşür.
79. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!
80. Ağıl olan yerdə zora ehtiyac yoxdur... (davamı var)

Ümummilli Lider Heydər Əliyev

CANLI YAYIM