Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək -SƏRƏNCAM

10 May, 12:40 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Abdullayev Kyazım Ənvər oğlu

Balayev Məmmədəli Bəşir oğlu

İmanova Gülbacı Əliəkbər qızı

Qarayev Fərəc Qara oğlu

Novruzova Nubar Qulu qızı

Sadıqov Faiq Əbülfəz oğlu

Verdiyev Fikrət Süleyman oğlu.

 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

CANLI YAYIM