Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2022” başlayıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2022” başlayıb

15 May, 10:48 Sosial mediada paylaşın:

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu-2022"yə start verilib.

"Küləyə qalib gəl" şüarı altında beşinci dəfə keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib.

Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanındadır. 21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçirilir: Dövlət Bayrağı Meydanı-Dənizkənarı Bulvar-Bakı Beynəlxalq Dəniz Vağzalı-Neftçilər prospekti-Bakı Ağ Şəhər bulvarı-Xəqani Rüstəmov küçəsi-Bakı Ağ Şəhər bulvarı-8 Noyabr prospekti-Yusif Səfərov küçəsinin bir hissəsi-Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi- Cavanşir körpüsü-Üzeyir Hacıbəyli küçəsi-Neftçilər prospekti (Hökumət Evi, Muzey Mərkəzi, Kukla Teatrı, Qız qalası, Azneft dairəsi)-Bakı Funikulyoru-Bayıl dairəsi-Bibiheybət yolu (Su İdmanı Sarayı)-Dənizkənarı bulvar(Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı)-Dövlət Bayrağı Meydanı.

Həmişə olduğu kimi, bu il də Bakı marafonuna böyük maraq var. Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar qalib olmaq uğrunda mübarizə aparırlar.

2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

CANLI YAYIM