Tarix yazan millimiz Vətənə qayıtdı

Tarix yazan millimiz Vətənə qayıtdı

13 İyun, 10:09 Sosial mediada paylaşın:

Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisi turnirin keçirildiyi Slovakiyanın Koşitse şəhərindən Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanında komandamızın üzvlərini idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər böyük coşqu ilə qarşılayıblar.

Xatırladaq ki, millimiz Avropa çempionatının finalında yarışın altıqat qalibi olan Rumıniya yığmasına qalib gələrək fəxri mükafatı qazanıb. Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub. 

CANLI YAYIM