Erməni təxribatı nəticəsində şəhid olan əsgər Anar Kazımov son mənzilə yola salınıb

Erməni təxribatı nəticəsində şəhid olan əsgər Anar Kazımov son mənzilə yola salınıb

4 Avqust, 12:44 Sosial mediada paylaşın:

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində şəhid olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu bu gün dəfn edilib.

Şəhid Anar Kazımov doğulduğu Şəmkir rayonunun Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə rayon icra hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, hərbçilər və rayon sakinləri iştirak ediblər.

CANLI YAYIM