Heydər Əliyevin avtomobil bağışladığı qadın çoban kimdir? - AZTV-NİN NÖVBƏTİ FİLMİ

Heydər Əliyevin avtomobil bağışladığı qadın çoban kimdir? - AZTV-NİN NÖVBƏTİ FİLMİ

27 Yanvar, 17:00 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycanın ilk qadın çobanının həyatından bəhs edən “El adamı” adlı sənədli filmin premyerasını keçirib.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “El adamı” filminin “Park Cinema” (Park Bulvar AVM) kinoteatrında keçirilən təqdimat mərasimində filmin yaradıcı heyəti, media nümayəndələri, həmçinin çoban Kəklik Əhmədovanın özü və yaxınları, digər qonaqlar iştirak edib.

Filmdə K.Əhmədovanın ömür yoluna işıq salınıb. Hazırda Ağcabədinin Hüsülü kəndində yaşayər, bir müddət orada bələdiyyə sədri kimi də fəaliyyət göstərib. 68 yaşlı çoban qadın torpaqlarımızın düşmən işğalından azad olunmasından sonra Kəlbəcərə də yollanıb.

Ulu öndər Heydər Əliyev xidmətlərinə görə Kəklik Əhmədovaya avtomobil bağışlayıb.

Filmin rejissoru və ssenari müəllifi Nadir Diridağlı, rejissor assistenti Vüsal Məhərrəmov, montaj rejissoru Zurab Salmanoğlu, layihə rəhbəri isə Elnur Məmmədovdur.

Film 28 yanvar saat 18:30-da AzTV-də yayımlanacaq.

CANLI YAYIM