Üsyançıları tuturlar, işgəncə verirlər, xalqı “öldürmək” istəyirlər - AzTV-nin Korsikadan filmi

Üsyançıları tuturlar, işgəncə verirlər, xalqı “öldürmək” istəyirlər - AzTV-nin Korsikadan filmi

3 Fevral, 12:44 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının əməkdaşları Fransa müstəmləkəsindən azad olmaq uğrunda mübarizə aparan Korsika adasından sənədli film hazırlayıb.

“Korsika: etiraz adası” adlanan filmin çəkilişləri zamanı TV əməkdaşları üsyanların ən qaynar nöqtələrində olublar, hadisələrin gedişatını lentə alıblar.

Bundan əlavə, azadlıq mübarizəsinin fəallarından müsahibələr alınıb. Onlar Fransaya qarşı qəzəblərinin kökündə əslində nələrin dayandığını dilə gətiriblər. Fransa müstəmləkəsinə qarşı çıxanların həbsi, işgəncəyə məruz qalması, susdurulması üçün məhbus həyatına düçar edilməsi əhalini bir az da hiddətləndirib.

“Korsika: etiraz adası” sənədli filmi fevralın 3-ü saat 22:10-da AzTV-də yayımlanacaq.

Film, həmçinin AzTV-nin rəsmi yutub kanalında və feysbuk səhifəsində də paylaşılacaq.

CANLI YAYIM