Məzarı naməlum saxlanılan böyük alim: 52 dəfə dindirilib, sonra güllələnib - AZTV-NİN FİLMİ

Məzarı naməlum saxlanılan böyük alim: 52 dəfə dindirilib, sonra güllələnib - AZTV-NİN FİLMİ

23 Fevral, 17:42 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası görkəmli dilçi-alim, repressiya qurbanı Bəkir Çobanzadə haqqında bədii-sənədli film hazırlayıb.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, təqdimatı olan “İş № 715” adlı filmdə dilçi-alimin həyatından bəhs edilir.

Filmdə Bəkir Çobanzadənin təhsili, yaradıcılığı, repressiyaya məruz qalması və həyatında baş verən önəmli hadisələr haqqında məlumat verilib. Bədii-sənədli filmdə B.Çobanzadənin repressiyaya məruz qalaraq ittiham edilməsi, dindirilməsi, həbs müddəti səhnələşdirilib.

Ona qarşı irəli sürülən ilk ittihamlar sovet imperiyasının əleyhinə fəaliyyət göstərməsi və əks-inqilabla məşğul olması idi. B.Çobanzadə bu ittihamlarla razılaşmayıb, hər birini rədd edib. 52 dəfə dindirilən Çobanzadə 1937-ci ildə güllələnərək edam edilib.

Filmdə Bəkir Çobanzadə obrazını aktyor Mətləb Abdullayev canlandırıb.

AzTV-nin İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsi tərəfindən ərsəyə gətirilmiş filmin ssenari müəllifi Mahir Qəribov, rejissoru isə Əli Mikayılovdur.

 

CANLI YAYIM