Malatyada 5,6 maqnitudada zəlzələ olub

Malatyada 5,6 maqnitudada zəlzələ olub

27 Fevral, 14:32 Sosial mediada paylaşın:

Türkiyənin Malatya şəhərinin Yeşilyurd rayonunda bu gün günorta saatlarında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər yaralanıb.

Bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.

Onun sözlərinə görə, hadisə yerinə 400-ə yaxın xilasedici cəlb olunub.

Məlumata görə, axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə helikopterlə daşınıb. 

CANLI YAYIM