Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb

5 Mart, 18:09 Sosial mediada paylaşın:

Martın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 174 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 51, ikinci doza vaksinlərin sayı 27, üç və daha çox doza vaksinlərin sayı 79, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 17-dir. Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 950 min 224, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 555, ikinci mərhələ üzrə 4 milyon 879 min 260, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 400 min 706, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 703-dür.

CANLI YAYIM