"Zərifə Əliyeva oftalmologiyada bir nömrə idi"
Bu fikrləri Rusiya Tibb Elmləri və Rusiya Elmlər Akademiyasının akademiki Alevtina Brovkina oftalmoloq-alim, akademik Zərifə Əliyeva haqda söyləyib.
"O, yod sənayesinin zərərlərini öyrənirdi. O, elmdə heç kimin görmədiyi işlə məşğul oldu və həyatını buna həsr etdi. Sənaye oftalmologiyası üzrə elmi-tədqiqat laboratoriyası yaratdı. Arkadi Pavloviç Nesterov "Zərifə Əliyeva oftalmologiyada bir nömrə idi" deyirdi. Əlbəttə, o dövrdə layiqli insanlar çox idi. Sənaye oftalmologiyası, normal fizologiya problemində isə Zərifə xanım həqiqətən bir nömrə idi. Bu gün "quru gözlər"dən danışırıq. Təbii ki, o, bu işdə bir nömrə idi. Biz bunu unutmamalıyıq".
Akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilən “Sönməyən işıq” adlı film AzTV-nin "Kinoproqramlar və dublyaj" redaksiyası tərəfindən ərsəyə gəlib.