Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

27 May, 10:03 Sosial mediada paylaşın:

Mayın 26-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,51 dollar bahalaşaraq 78,98 dollar olub.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verilir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,58 dollar bahalaşaraq 76,53 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,81 dollar bahalaşaraq 52,18 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti mayın 26-da 0,87 dollar bahalaşaraq 76,44 dollar olub.

CANLI YAYIM