AzTV - "Xüsusi Layihələlər studiyası" nın komandası yeni layihə ilə hər kəsi maraqlı diskussiyalara dəvət edir.
Uğur qazanmağın rəhnində nə dayanır? İlk buraxılışımızda "Karyerada yüksəlişin əsası nədir?" sualına İkinci "Yüksəliş" müsabiqəsinin qalibi Mehriban Rəsulova cavab verəcək. Bu layihədə şəxsi təcürəbəsindən çıxış edən spikerlər auditoriya ilə təmasa girəcək və onların suallarını cavablandıracaq.
Qeyd edim ki, bu diskussiya xarakterli tok-şouya hazırlıqlı gənclər qatılıb öz düşüncələrini, mövqelərini göstərə, arqumentləri ilə spikerlə mübahisəyə girə bilərlər. Zira uğur qazanmağın vahid formulu yoxdur, kimi üçün müşkül sayılan, kimi üçün 2×2 ola bilər. Necə deyərlər, kiminə tərz olan, kiminə tərs olar.
Elə isə "2×2" maarifləndirici tok-şousunu oktyabrın-28-i, saat 17:00-da, Azərbaycan Televiziyasında izləməyə dəyər!