aztv-banner

EKOetika | 03.07.2022

MAARİFÇİ

EKOETİKA

Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsvir etmək mümkün deyil. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir. Son illər ərzində xarici dillərdə çoxlu dərslik, dərs vəsaiti və məşhur elmi kitablar, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar işıq üzü görür. Bu sahədə aparılan tədqiqatların tematik topluları çap olunur. Hətta radio-televiziyada və mətbuatda da ekoloji təhsilə biganə yanaşmırlar. Orxan Cabbarlının təqdimatında efirə gedən "EKOETİKA" verilişi də məhz bu səbəbdən yaradılıb. Verilişdə Azərbaycan təbiətinin ekoloji durumundan, dövlət qoruqlarının – göllərin, meşələrin, düzənliklərin vəziyyətindən, burada yaşayan heyvanların, quşların, balıqların yaşam tərzindən söhbət açılır. Təbiətlə etik davranmanın qaydaları izah olunur. Eyni zamanda təbiətlə bağlı bütün sualların cavabını da bu verilişdə tapmaq mümkündür. Ekologiyanın qorunması istiqamətində aparılan söhbətlər, mütəxəssis fikirləri verilişin əsas mövzusunu təşkil edir.

18:30 / Şənbə

CANLI YAYIM