aztv-banner

Milli Məclisin həftəlik iş icmalı - "Parlament saatı"/ 06.12.2021

İCTİMAİ-SİYASİ

PARLAMENT SAATI

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanıdır. Milli Məclis birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir.
İctimai-siyasi proqramlar Studiyasının hazırladığı "PARLAMENT SAATI" verilişində Milli Məclisdə müzakirə olunan məsələləri təhlil edilir. Verilişdə həmçinin deputatlar qəbul olunan qanunlara münasibət bildirir, eyni zamanda, həmin qanunun ölkəyə və ölkə əhalisinə müsbət təsirləri haqqında fikirləri tamaşaçılarla bölüşürlər.
Verilişdə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində, Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsində, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində, Aqrar Siyasət Komitəsində, Əmək və Sosial Siyasət Komitəsində, Səhiyyə Komitəsində, İctimai Birliklər və Dini Qurumlar Komitəsində, Ailə, Qadın və Uşaq Məsələləri Komitəsində, Gənclər və İdman Komitəsində, Elm və Təhsil Komitəsində, Mədəniyyət Komitəsində, Regional Məsələlər Komitəsində, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsində, İntizam komissiyasında və Hesablayıcı komissiyasında aparılan içlaslar barədə də məlumat verilir.

21:00 / Bazar ertəsi

CANLI YAYIM