Film A.P.Çexovun «Qu quşunun nəğməsi» əsərinin motivləri əsasında ekranlaşdırılıb. Filmdə teatr aktyorunun faciəsindən bəhs edilir.
Ssenari müəllifi - Pərvin / Quruluşçu rejissor - Ramiz Həsənoğlu / Quruluşçu operator - Adil Abbasov.
BƏDİİ FİLMLƏR
Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir.
Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi baş verən hadisələri bədii dildə tamaşaçılara çatdırmaq üçün yeni layihələr üzərində işləyirlər.
Müxtəlif vaxtlarda