aztv-banner

Film 1993-cü ildə düşməndən qorunmaq üçün 6 aya yaxın Kəlbəcərin Zar mağarasında gizlənən 3 qadın və 1 kişinin həmin mağarada yaşadıqlarından bəhs edir.
4 kəlbəcərli 1993-cü il aprelin 2-dən sentyabrın 15-nə kimi Zar mağarasında yaşayıb. Belə ki, ermənilər Kəlbəcəri işğal edəndə hamı kənddən çıxıb, üç qadın və bir kişi kəndi vaxtında tərk edə bilməyib. Onlar sağ qalmaq üçün çıxdıqları yolda erməni silahlıların atəşinə tuş gəliblər, daşların-qayaların arxasına sığınaraq sağ qalıblar və gecə geriyə - kəndə qayıdıblar. İşğalçılar bu kəndə gəlib çatanda isə sözügedən 4 nəfər çox az adama bəlli olan Zar mağarasına sığınıblar. Onlar gündüzlər mağarada qalıb, gecələr mağaranın üstündəki evlərə gedib ərzaq, pal-paltar, qab-qacaq götürüb geri qayıdıblar. Tez-tez mağaranın üstündə atəşfəşanlıq edən, oynayıb-oxuyan ermənilərin kənddə hələ də kimlərinsə qaldığından xəbəri olmayıb. Onlar kənddə post qurmuş erməni əsgərlərin, mülki şəxslərin kəndi necə qarət etdiklərinin şahidi olublar, təlim keçmiş itlərin dəfələrlə gəlib mağaranın ağzında hürmələrinin, erməni əsgərlərin mağaranın girişini axtarmalarının qorxusunu yaşayıblar.
Filmin 4 saatdan çox çəkən çəkilişləri Ermənistanla sərhəd ərazidə Zar kəndindəki sözügedən mağarada çəkilib.
“Zar mağarası” filminin quruluşçu rejissoru Hüseyn Kazımov, ssenari müəllifi isə Almaz Mahmuddur.
Film yerli audotiriya ilə yanaşı, beynəlxalq ictimaiyyətə də hesablanıb.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

BƏDİİ FİLMLƏR

Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir.
Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi baş verən hadisələri bədii dildə tamaşaçılara çatdırmaq üçün yeni layihələr üzərində işləyirlər.

Müxtəlif vaxtlarda

CANLI YAYIM