aztv-banner

Film Dağlıq Qarabağ münaqişəsindən, birinci Qarabağ müharibəsi zamanı peşə borclarını yerinə yetirən zaman həlak olmuş jurnalistlərdən bəhs edir. Qeyd edək ki, ekran əsərində baş qəhrəman şəhid jurnalist Salatın Əsgərovanın obrazıdır. “Planet Parni iz Baku Films” şirkətinin lentə aldığıi filmin ssenari müəllifləri Tahir İmanov və Ənvər Mansurov, rejissoru Ənvər Mansurovdur.
Film real tarixi faktlara əsaslanır. Filmdə əsas məqsəd Qarabağ münaqişəsinin başlanmasına rəvac verən hadisələri, əsl həqiqətləri və müqəssirləri rusdilli auditoriyaya, eyni zamanda beynəlxalq ictimaiyyətə göstərməkdir. Filmdə, həmçinin Qarabağ müharibəsi zamanı azərbaycanlılarla yanaşı, digər millətlərdən olan şəxslərə qarşı da qətliamlar törədildiyini göstərilib.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

BƏDİİ FİLMLƏR

Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir.
Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi baş verən hadisələri bədii dildə tamaşaçılara çatdırmaq üçün yeni layihələr üzərində işləyirlər.

Müxtəlif vaxtlarda

CANLI YAYIM