aztv-banner

Filmdə 1992-ci il avqustun 28-də Goranboyun Ballıqaya ərazisində məskunlaşmış laçınlıların ermənilər tərəfindən qətlə yetirilməsindən bəhs edilir. Altı aylıq Canpoladdan 93 yaşlı Zeynəb nənəyədək 24 nəfərin öldürülüb yandırıldığı soyqırımın şahidləri danışırlar.
Filmin quruluşçu rejissoru Pərviz Həsənov, ssenari müəllifi Afaq Əhmədova, quruluşçu operatoru Cavid Əliyev, səs rejissoru Əliabbas Qasımov, prodüseri Fatimə Əzimova, layihə rəhbəri isə Elçin Musaoğludur.
Filmin çəkilişləri Ağcabədi, Bərdə və Goranboy rayonlarında aparılıb.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

SƏNƏDLİ FİLMLƏR

Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.

Müxtəlif vaxtlarda

CANLI YAYIM