Film Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın görüşdüyü, səmimi söhbətlər etdiyi vətəndaşların müsahibələri əsasında hazırlanıb. Onlar Mehriban Əliyeva ilə söhbətlərindən söz açıblar.
Filmdə 2014-cü ildə Prezident İlham Əliyev xanımı ilə Gəncədə səfərdə olarkən onları öz ad gününə dəvət edən 11 yaşlı Ümid Həbibovun Prezident Sarayına gəlişinə yer verilib. O, Prezident ailəsi ilə bağlı belə bir fikir səsləndirib: “Mən müəyyən elədim ki, onların sıravi vətəndaşlardan heç bir fərqi yoxdur”.
Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəldiyi Həsənovlar ailəsinin də Prezident və xanımı ilə səmimi görüşündən xatirələri yer alıb.
Daha sonra isə filmdə birinci xanımın autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində onlarla birgə tort hazırlaması, musiqi ifa etməsindən fraqmentlər əks olunub. Uşaqlar birinci xanım Mehriban Əliyeva ilə görüşlərindən xatirələrini filmdə dilə gətiriblər.
SƏNƏDLİ FİLMLƏR
Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.
Müxtəlif vaxtlarda