Film 1990-cı il SSRİ hərbi birləşmələrinin Bakıda törətdiyi qırğından bəhs edir.
Filmin ana xəttini Xəzər Dəniz Neft Donanması dənizçilərinin 1990-cı il 20-22 yanvar tarixlərində Sovet hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı cəza əməliyyatına etiraz edərək Bakı buxtasını sovet hərbi gəmilərinin üzünə bağlaması təşkil edir.
Ekran əsərinin ssenari müəllifi Seymur Şahbazov, rejissoru Anaxanım Abdullayevadır.
SƏNƏDLİ FİLMLƏR
Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.
Müxtəlif vaxtlarda