Film 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar hazırlanıb.
Filmin mövzusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə doğulan insanlar heç vaxt doğum günlərini qeyd etmədiyi, bu günün onların həyatına təsirindən bəhs edilir. Filmin qəhrəmanlarından biri tanınmış aparıcı Jalə Həsənlidir. Azərbaycan xalqı Vətən müharibəsi zamanı torpaqlarımızın ilk azad olunduğu hissəsi ilə bağlı xəbəri məhz Jalədən eşidib. O, efirdə sevincdən ağlaması ilə dünya mediasının da gündəminə düşmüşdü.
Digər qəhrəman isə ticarət mərkəzlərindən birində işıqçı işləyən Ceyhundur. Şəhidə isə evdar xanım, 3 uşaq anasıdır. Yoldaşı Vətən müharibəsi qazisidir.
Sözügedən şəxslərin hər biri həmin gün doğulanlardandır.
Filmin süjet xətti 3 fərqli hekayə üzərində qurulub.
Hər bir hekayədə 20 Yanvarın doğum gününü heç vaxt qeyd etməyən 3 fərqli həmyaşıdın taleyinə təsirinə müxtəlif aspektdən baxılır.
Filmin ssenari müəllifi və rejissoru Pərviz Həsənov, layihə rəhbəri Elçin Musaoğlu, operatoru Elxan Rüstəmov, montaj rejissoru Cabir Əlizadə, prodüseri Fatimə Əzimovadır.
SƏNƏDLİ FİLMLƏR
Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.
Müxtəlif vaxtlarda