aztv-banner

Film xalq artisti Mənsum İbrahimovun 60 illiyi münasibətilə çəkillib.
Filmin çəkilişlərinə 2020-ci ilin yay aylarında başlayıb, lakin Vətən müharibəsi planları dəyişib və film tamamilə fərqli məcraya yönəldib. Çəkilişlər Şuşada və Ağdamda davam edib. Mənsum İbrahimov Şuşanın tarixi məkanlarında, Ağdamın yerlə-yeksan edilmiş abidələrinin qalıqları arasında canlı ifalarla filmi daha da gözəlləşdirib.
Azərbaycanın ən qədim şəhər və qəsəbələrində yaşayan insanların xalq artisti ilə bağlı fikirləri də filmdə yer alıb.
Filmdə bölgələrdə yaşayan misgər, saatsaz, balıqçı və digər sadə insanların Mənsum İbrahimovu necə tanıdıqları barədə danışıblar.
Filmin rejissoru Elnur Məmmədov, ssenari müəllifi Mintac Elsevərdir.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

SƏNƏDLİ FİLMLƏR

Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.

Müxtəlif vaxtlarda

CANLI YAYIM