Tanınmış fotoqraf Rza Diqqəti Xocalıda soyqırımı xəbərini alan kimi Azərbaycana gəlib, çətinliklə Ağdama yol tapıb və burada Xocalı sakinləri ilə görüşüb. O, əsirlərin, meyitlərin dəyişdirilməsi prosesində iştirak edib, gördüklərini lentin yaddaşına köçürüb. Fotomüxbir filmdə şahidi olduğu hadisələri dilə gətirib.
Filmdə Xocalı faciəsinin ağrı-acısını yaşamış Nazilə Məmişova, Famil Salahov, Valeh Hüseynov və digərlərinin müsahibələri yer alıb.
Filmin quruluşçu rejissoru Elnur Məmmədov, ssenari müəllifi Afaq Əhmədova, quruluşçu operatoru Cavid Əliyev, montaj rejissoru Zurab Salmanoğludur.
SƏNƏDLİ FİLMLƏR
Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.
Müxtəlif vaxtlarda