Azərbaycanın gerçək mənzərəsi. Filmdə bu mənzərə dini etiqad azadlığı bucağından işıqlandırılıb. Biz toplum olaraq kimik? Yaradanla ünsiyyətimiz, fərqli dini məbədlərdən tanrıya üz tutan fərqli dualarımız, ilahidən istəyimiz və gözləntilərimiz.
Vətən müharibəsində işğalçılara qarşı mübarizədə çiyin-çiyinə addımlayan müsəlmanlar və yəhudilər, pravoslavlar və katoliklər, həmçinin milli azlıq nümayəndələri – Azərbaycanın haqq savaşında hamı bir oldu. Bərabərcə vuruşduq, bərabərcə zəfər çaldıq. Bu, inanılmaz bir tolerantlıq nümunəsidir.
Fərqli ibadətlər, fərqli dualar... amma niyyət eyni... torpaq eyni... səfər eyni... zəfər eyni...
SƏNƏDLİ FİLMLƏR
Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.
Müxtəlif vaxtlarda