Film 11 ildir müharibə şəraitində olan Suriyadan bəhs edir.
Filmin hazırlanmasında məqsəd Suriya ərazisində salınmış düşərgə, eyni zamanda, kimsəsiz uşaqlar üçün sığınacaqlarda yaşayan həmvətənlərimizin hazırkı şəraitinin işıqlandırılmasıdır. AzTV-nin çəkiliş heyəti Suriyanın müxtəlif ərazilərində olub, düşərgələrdə məskunlaşmış azərbaycanlılar və suriyalılarla həmsöhbət olub, onların yaşadığı dəhşətləri lentə alıb.
Suriyaya səfərin məhz Ramazan ayında təşkili isə təsadüfi deyil. Məhz bu ay hərbi əməliyyatlar digər aylarla müqayisədə daha az olur. Lakin bu, təhlükənin olmadığı anlamına gəlmir. Bu məqam filmdə də əks olunub. Belə ki, “İllüziya”da heyətin həyat və sağlamlığına təsir göstərə biləcək təhlükəli kazuslardan fraqmentlər yer alıb.
Filmin adının “İllüziya” seçilməsinin öz mənası var. “İllüziya”ya ərəbcə “vahum” deyilir. Kökü “vahəmə” feilindəndir. Maraqlıdır ki, leksik mənasında həm “vahimə”, həm də “reallığın təhrif olunmuş şəkildə qavranılması” birləşir. Çəkiliş heyətinin 11 ildir müharibənin bitmədiyi Suriyadan təəssüratları da bu ifadədə əks olunur.
Çəkiliş heyətinə AzTV-nin əməkdaşları – ssenari müəllifi və rejissor Vəfa Ağabalayeva, quruluşçu operator Cavid Əliyev daxildir.
Filmin ideya müəllifi Rövşən Məmmədovdur.
SƏNƏDLİ FİLMLƏR
Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.
Müxtəlif vaxtlarda