“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Kinoproqramlar və Dublyaj" redaksiyası nın hazırladığı film Birinci xanım Mehriban Əliyevanın doğum günü ilə bağlıdır.
Birinci vitse-prezidentə həsr olunmuş film “Bir anın qəhrəmanı” adlanır.
Sözügedən filmdə müxtəlif illərdə Mehriban xanım Əliyeva ilə görüşən şəxslər öz təəssüratlarını bölüşür.
Qəhrəmanlar içərisində “Ümid yeri” uşaq sığınacağının sakinləri, qocalar evində məskunlaşmış ahıllar, Azərbaycanı beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil edən güləşçi Mariya Stadnik, Mehriban xanımın evində qonaq olduğu Kürdəxanı qəsəbə sakini, şəhid ailəsi, Vətən müharibəsi qazisi və digərləri var.
Qeyd edək ki, filmin ssenari müəllifi Afaq Əhmədova, quruluşçu rejissor Vasif Məmmədzadə, montaj rejissoru Zurab Salmanoğlu, layihə rəhbəri isə Elnur Məmmədovdur.
SƏNƏDLİ FİLMLƏR
Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.
Müxtəlif vaxtlarda