Filmin ilk bölümü Şuşaya həsr olunub. Filmin qəhrəmanlarının hər biri 44 gün düşmənlə döyüşüb. Onlardan 2-si döyüşlər zamanı yaralansa da, hərbi hospitalda müalicədən imtina edib, həkimlərin razılığı olmasa da, onlar yenidən döyüş meydanına qayıdıblar. Sözügedən hər iki nəfər Şuşa döyüşlərində də iştirak edənlərdəndirlər.
Çəkilişlər Qubadlı, Xocəvənd, Füzuli, Cəbrayıl və Şuşada aparılıb.
Filmin rejissorları Emil Babayev, Bəhruz Qədirovdur.
Filmi izləmək üçün "YouTube-də izləyin" düyməsini, daha sonra isə "Anlayıram və davam etmək istəyirəm" düyməsini tıklayın.
SƏNƏDLİ FİLMLƏR
Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.
Müxtəlif vaxtlarda