aztv-banner

Filmdə Azərbaycanın müxtəlif bölgələrində yaşayan yaşlı insanların, həmçinin azsaylı xalqların yaşlı nümayəndələrinin həyat hekayələri yer alıb. 88 yaşlı Aydın müəllim, 74 yaşlı fermer İldırım kişi, 87 yaşlı Xanımbacı nənə, 80 yaşlı Qriqori Smirnov və digərləri öz həyatları barədə danışıblar.
Onlar hər biri müxtəlif vaxtlarda Prezident İlham Əliyevlə görüşüblər və filmdə görüşlə bağlı təəssüratlarını bölüşüblər.
Çəkilişlər Quba, İsmayıllı, Balakən, Qax, Zaqatala, Lənkəran, Naxçıvan və digər bölgələrdə aparılıb.
Filmin ssenari müəllifi Afaq Əhmədova, quruluşçu rejissoru Nadir Diridağlı, quruluşçu operatoru Anar Dadaşov, montaj rejissoru Zurab Salmanoğlu, layihə rəhbəri Elnur Məmmədovdur.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

SƏNƏDLİ FİLMLƏR

Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.

Müxtəlif vaxtlarda

CANLI YAYIM