aztv-banner

Yubiley münasibətilə hazırlananı filmlərdən biri isə "Prezidentin gəncləri" adlanır.
Filmdə uşaqlığı və gəncliyi Ali Baş Komandanın ölkəyə rəhbərlik etdiyi dövrə, yəni 2003-cü ildən sonraya təsadüf edən Azərbaycan vətəndaşlarına vətənpərvərlik hisslərinin aşılanmasından, onlara göstərilən qayğıdan bəhs edilir.
Filmdə Vətən müharibəsi iştirakçılarının müsahibələrinə də yer verilib.
Filmin ssenari müəllifləri Mintac Elsevər və Anar Şuşalıdır. Quruluşçu rejissor Emil Babayev, rejissor Bəhruz Qədirovdur.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

SƏNƏDLİ FİLMLƏR

Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.

Müxtəlif vaxtlarda

CANLI YAYIM